Güclü zəlzələ üç ölkəni silkələdi

Güclü zəlzələ üç ölkəni silkələdi

Salvador, Honduras və Nikaraquada güclü zəlzələ baş verib.

Çərşənbə günü axşam saatların baş verən zəlzələ hər 3 ölkədə hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 5,5 maqnitudalı yeraltı təkanların ocağı 56,8 kilometr dərinlikdə, Salvadorun Usulutan departamentinin sahillərindən təxminən 160 kilometr cənubda yerləşib. Salvadorun Ətraf Mühit Nazirliyi isə zəlzələnin maqnitudasını 5,7 olaraq açıqlayıb və sunami təhlükəsinin olmadığını bildirib.

Zəlzələ hər üç ölkədə hiss olunsa da, ölən və yaralananların, həmçinin dağıntıların qeydə alınmadığı açıqlanıb.

Xatırladaq ki, üç gün əvvəl Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb. Həmin zəlzələ nəticəsində 250-dən çox insan ölüb, bir neçə min nəfər yaralanıb, təxminən 500 nəfər isə itkin düşüb.

İyunun 24-də Venesuelada baş verən güclü zəlzələ isə 6 mindən çox insanın ölümünə və minlərlə şəxsin itkin düşməsinə səbəb olmuşdu.

Mənbə: publika.az