Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 2011-ə çatıb.
TASS-a istinadən verilən xəbərinə görə, bu barədə ölkənin Rabitə və KİV Məsələləri Nazirliyindən məlumat verilib.
Məlumata görə, yoluxma hallarının sayı 4381-ə, xəstəlikdən ölüm nisbəti isə 45,9%-ə çatıb.
Xəstəxanalarda və təcridxanalarda Ebola diaqnozu qoyulmuş və ya Ebola olduğundan şübhə edilən 700-dən çox insan var.
Xatırladaq ki, daha əvvəl Konqoda Eboladan ölənlərin sayının 1801 nəfərə çatdığı bildirilmişdi.
Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir. Uqanda hakimiyyəti iyulun 28-də öz ölkələrində Ebola epidemiyasının bitdiyini elan edib.
Mənbə: oxu.az