Maskın sərvəti 53 günə 513 milyard dollar azaldı

Maskın sərvəti 53 günə 513 milyard dollar azaldı

Cəmi 53 gün ərzində amerikalı milyarder İlon Maskın sərvəti təxminən 513 milyard dollar azalıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, aktivlərin azalması "SpeysX"və "Tesla" şirkətlərinin səhmlərinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, İlon Mask sərvəti 719 milyard dollara düşdükdən sonra özünü istehzalı şəkildə "keçmiş trilyoner" adlandırmışdı.

Müəllif: Malik Məlikov

Mənbə: news.milli.az