Xoşbəxtlikdən Azərbaycanda... - İranlı nazir

Xoşbəxtlikdən Azərbaycanda... - İranlı nazir

"Azərbaycan bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları bunlardan ilki idi".

Bu sözləri jurnalistlərə açıqlamasında İranın idman və gənclər naziri Əhməd Dünya Mali deyib.
Nazir iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib:
“Azərbaycanda yaranan fürsətlərlə yaxından tanış oldum. Xoşbəxtlikdən bu cür tədbirlər Azərbaycanda təşkil olunub və bizim də bu fürsətlərdən istifadə etməyimiz üçün imkan yaranıb. Biz imzaladığımız müqavilə də iki ölkə arasında müxtəlif istiqamətlərdə istifadə olunacaq. Paris Olimpiya oyunlarında Azərbaycan cüdoçuları 2 qızıl medal qazandı. Bu müqavilə belə təcrübələrdən İranda da faydalanma fürsəti verir”.
Qeyd edək ki, İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb

Mənbə: www.bakupost.az