Bakı. Trend:
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
"Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb", - məlumatda bildirilib.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
Mənbə: az.trend.az