Sakinlər Baku TV-yə bildiriblər ki, gün ərzində mənzillərə ümumiyyətlə su verilmir.
Onların sözlərinə görə, su yalnız gecə saatlarında və zəif təzyiqlə verilir. Bu səbəbdən sakinlər məcbur qalaraq gecələr su ehtiyatı toplayırlar.
Sakinlər bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək məsələ öz həllini tapmayıb.
"Yay başlayandan əziyyət çəkirik. Özüm onkoloji xəstəyəm. Gündüzlər su gəlmir, gecələr isə damcı-damcı su yığmağa məcbur oluram. Su olmadan həyat ola bilərmi?" - sakinlərdən biri bildirib.
Digər sakin isə vəziyyətin xüsusilə xəstə yaxınlarına qulluq edən ailələr üçün ağır olduğunu deyib:
"Evdə iki xəstəm var. Su yalnız gecə saatlarında gəlir. Yataq xəstəsinə həmin vaxt necə qulluq edim, paltarını necə yuyum? Çox əziyyət çəkirik".
Mənbə: oxu.az