Məşğulluq Agentliyində yeni - Təyinat

Məşğulluq Agentliyində yeni - Təyinat

Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, Agentliyin sədri Hasil Abbasov tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Elzar Ağayev 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində fəaliyyət göstərib.

Mənbə: qafqazinfo.az