Qırğızıstanda 5 bal gücündə zəlzələ

Qırğızıstanda 5 bal gücündə zəlzələ

Qırğızıstanın İssık-Kul vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Qırğızıstan Seysmoloji İnstitutunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 02:41-də qeydə alınıb.

Zəlzələnin gücü Öttük və Kazan-Kuyqan kəndlərində 5, bir sıra yaşayış məntəqələrində 4, Narın şəhəri və digər ərazilərdə isə 3 bal təşkil edib.

İtki və ya tələfatla bağlı məlumat verilməyib.

Müəllif: Roza

Mənbə: publika.az