Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var –

Rusiyanın iyulun 19-da Türkiyənin mülki GOLDEN LEO yük gəmisinə endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 10 nəfərə yüksəlib.

Bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 9 nəfər xarici ekipaj üzvü və Ukrayna Dəniz Limanları Administrasiyasının "Delta-Lotsman" filialının 66 yaşlı ukraynalı losmanı həyatını itirib. Daha 7 nəfər yaralanıb.


Məlumata görə, Qvineya-Bisau bayrağı altında üzən və Ukrayna limanından qarğıdalı yüklədikdən sonra yola çıxan gəmidə ümumilikdə 17 ekipaj üzvü – Suriya və Hindistan vətəndaşları olub. Gəmini limandan Ukrayna Dəniz Limanları Administrasiyasının losmanı müşayiət edib.

Axtarış-xilasetmə əməliyyatı gecə boyu davam edib. Gəmidə baş verən yanğın lokallaşdırılıb, 8 ekipaj üzvü xilas edilərək sahilə çıxarılıb.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 438.2-ci maddəsi (insanların ölümü ilə nəticələnən müharibə cinayətləri) üzrə cinayət işi açılıb.










Mənbə: bizim.media