Misirdə qatar relsdən çıxdı, 16 sərnişin xəsarət aldı

Misirdə qatar relsdən çıxdı, 16 sərnişin xəsarət aldı

Bu barədə "Egypt Today" qəzeti məlumat yayıb.

Hadisə şənbə günü səhər Damanhurdan Tantaya gedən və Kalin üzərindən keçən 450 nömrəli qatarla baş verib. Misir Dəmir Yolları İdarəsinin məlumatına görə, lokomotivin dərhal arxasında olan ilk vaqon cütü stansiyaya daxil olarkən relsdən çıxıb.

Zərərçəkənlər yüngül xəsarətlər alıblar. Vaqonu relslərə qaytarmaq və hərəkəti bərpa etmək üçün hadisə yerinə təcili yardım briqadaları, kranlar və texniki avadanlıqlar göndərilib.

Hadisənin səbəblərini müəyyən etmək üçün komissiya yaradılıb.

Mənbə: olke.az