Vulkana görə uçuşlar dayandırıldı

Vulkana görə uçuşlar dayandırıldı

Etna vulkanının püskürməsi səbəbindən bəzi uçuşlar ləğv edilib.

Siciliyadakı Kataniya Beynəlxalq Hava Limanı reyslərin qəbulunu dayandırıb.

Hazırda Kataniyadan uçuşlara icazə verilir.

Günün sonunda uçuşlarla bağlı məhdudiyyət qərarına təkrar baxılacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Etna havaya 1,5 km hündürlüyündə kül püskürüb. Vulkan iyunun sonlarında aktivləşib.

Mənbə: publika.az