Səbail rayonu ərazisində yerləşən Şıx çimərliyində MMA döyüşçüsünün meyiti tapılıb.
Lent.az-a istinadla xəbər verilir ki, orada yerləşən konteynerin içində kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlili olması müəyyən edilib.
Sosial mediada yayılan məlumata görə, meyiti tapılan Sərxan Vəlili MMA döyüşçüsü olub.
Mənbə: www.bakupost.az