Venesuelada 7,5 və 7,2 maqnitudalı ardıcıl iki zəlzələ nəticəsində ölənlərin sayı 235-ə yüksəlib, yaralıların sayı isə 4 300 nəfəri keçib.
rəsmilər ölkədə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirirlər. Xüsusilə La Quaira əyalətində ciddi dağıntılar qeydə alınıb, ölkə üzrə səhiyyə sistemi səfərbər edilib və beynəlxalq yardım çağırışı edilib.
39 saniyə fasilə ilə baş verən zəlzələlər geniş ərazilərdə dağıntılara səbəb olub. Peyk və hava görüntüləri şəhərlərin böyük hissəsində ciddi dağıntıların olduğunu göstərir. Rəsmilər itki sayının artmasından narahat olduqlarını bildirirlər.
Fövqəladə vəziyyət elan edilib, beynəlxalq yardım çağırışı olunub
Keçid dövlət başçısı Delsi Rodrigez ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. La Guaira əyaləti fəlakət zonası elan olunub və beynəlxalq ictimaiyyətdən yardım istənilib.
Dominikan Respublikasından ilk xilasetmə qruplarının ölkəyə çatdığı, digər ölkələrin də dəstək göndərməyə hazırlaşdığı bildirilir.
Səhiyyə sistemi səfərbər olunub
Səhiyyə naziri Karlos Alvarado xəstəxanalardakı sıxlığın azaldılması üçün logistika şəbəkəsinin La Quaira və Karakas ətrafına yönləndirildiyini bildirib. Səyyar xəstəxanalar qurulub, yaralıların ən yaxın tibb məntəqələrinə yönləndirilməsi üçün çağırış edilib.
Alvarado ağır vəziyyətdə olan xəstələrin prioritetləşdirildiyini və səhiyyə sisteminin bütün imkanlarla işlədiyini deyib.
La Quaira və Karakasda geniş dağıntılar
Hava görüntüləri La Guaira və paytaxt Karakas ətrafında çoxsaylı binaların uçduğunu və geniş ərazilərin xarabalığa çevrildiyini göstərir. Elektrik və rabitə infrastrukturunda ciddi fasilələr yaranıb.
Simon Bolivar Beynəlxalq Hava Limanında baş verən ciddi ziyan səbəbindən uçuşlar dayandırılıb.
Xaos və talanhalları
Zəlzələdən sonra La Quaira və Katia La Mar bölgələrində təhlükəsizlik problemləri yaranıb. Supermarketlər, apteklər və bəzi ticarət obyektlərində talan halları qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, insanlar qısa müddətdə mağazaları boşaldıblar, bəzi hallarda elektronika məhsulları da talan edilib. Bölgəyə xüsusi polis qüvvələri göndərilsə də, vəziyyət tam nəzarət altına alınmayıb.
Yardım işləri davam edir
Rəsmilər ölkə üzrə axtarış-xilasetmə və yardım əməliyyatlarının davam etdiyini bildirirlər. Dağıntılar altında qalanların xilas edilməsi üçün komandalar vaxtla yarışır, minlərlə insanın isə gecəni açıq havada keçirdiyi qeyd olunur.
Mənbə: publika.az