Moskvada obyektləri vurulan azərbaycanlıları nə gözləyir? - Milyonlarla manat ziyan

Moskvada obyektləri vurulan azərbaycanlıları nə gözləyir?  - Milyonlarla manat ziyan


“10 gün əvvəl Moskvada “Sadovod” bazarına girmişdim. Özümə pencək almaq istəyirdim. Hansı mağazaya girdimsə, satıcı azərbaycanlı idi. Təxminən 15-20 mağazaya baş çəkdim. Bu bazar bütünlüklə azərbaycanlılardan ibarətdir. Yüzlərlə azərbaycanlı burada işləyir və ailəsinə pul göndərir. İndi bu bazar məhv oldu. Burada işləyən azərbaycanlılara milyonlarla ziyan dəydi”.

Bu sözləri keçmiş müstəntiq Müşfiq Abbasov Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarındakı yanğınla bağlı təəssüratlarını bölüşərkən bildirib.
Onun sözlərinə görə, elə insanlar var ki, banklardan külli miqdarda kredit götürüb mal alıblar:
“Həmin mallar artıq məhv oldu. Adamlar çarəsizdir. Gözlər sığortaya dikilib. Sığortanın isə həmin ziyanı qarşılaması sual altındadır. Müharibə insanlara ancaq fəlakət gətirir. Gec-tez müharibə dayanacaq. Amma itirilənləri geri qaytarmaq olmayacaq. Moskvada ziyan çəkən həmyerlilərimizə isə səbr arzulayıram”.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.
Lalə

Mənbə: www.bakupost.az