Yaponiyanın Haneda Hava Limanında Tokio–London reysinə hazırlaşan Britaniya Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsində bir smartfon qəfil alovlanıb.
Xarici KİV-lərə istinadən xəbər verilir ki, kabində tüstü müşahidə edildikdən sonra ekipaj yanğına müdaxilə edib. Hadisə zamanı təyyarədə olan 211 nəfərdən, o cümlədən ekipaj üzvlərindən xəsarət alan olmayıb.
Təhlükəsizlik məqsədilə təyyarə hava hərəkətinə nəzarət qülləsinin göstərişi ilə dayanacaq sahəsinə qaytarılıb.
Röya Rizvanzadə
Mənbə: www.bakupost.az