Bakıda küçədə halı pisləşən şəxs vəfat edib.
Hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb.
Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az