Polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursat aşkar edilib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd “RPQ-7” tipli tank əlehinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Mənbə: publika.az