Kanzas-Siti ərazisinin böyük bir hissəsində tornado xəbərdarlığı verildikdən sonra İngiltərə millisinə şənbə günü axşam evdə qalmaları bildirilib.
Bu barədə “The Athletic” məlumat yayıb.
Yerli vaxtla saat 20:00 radələrində Britaniya nümayəndə heyətinin üzvləri ABŞ Milli Hava Xidmətindən telefonlarına avtomatik bildirişlər alıblar. Mesajlarda “şiddətli tornado xəbərdarlığı” bildirilir və onlara pəncərələrdən uzaqda möhkəm bir binada sığınmaq tövsiyə olunur.
Səbəb güclü, sürəti saatda 80 milə (təxminən 130 km/saat) çatan küləklə bağlı narahatlıqlardır.
Mənbə: publika.az