Ermənistanda tarixi və dini abidələr məhv edilir.
Bu barədə "Mamul" nəşri məlumat yayıb. Qeyd edilib ki, araşdırmaçı jurnalist və ictimai fəal Nairi Xoxikyan bununla bağlı faktları açıqlayıb.
O, yazıb: "Xristian ölkəsi olan Ermənistanında su anbarlarının tikintisi nəticəsində dağıdılmış və ya su altında qalmış bir neçə qədim kilsə və monastır var. Bu gün Sünikdəki Tolors kəndinə getsəniz, 1861-ci ildə tikilmiş Müqəddəs Hripsime kilsəsinin su anbarının qurbanına çevrilməsi, sularda qalmasını görərsiniz. Aparan su anbarına görə isə IV əsrdə tikilmiş Müqəddəs Poqos-Petros kilsəsi də dağılmaq üzrədir.
Bütün bunlar kilsələrimizin suyun altında qalaraq dağıdılmasını heyranlıqla izləyən xristian ermənilərin gözü qarşısında baş verir.
Müsəlman ölkəsi olan İranda isə su anbarının tikintisi zamanı 1314-cü ildə tikilmiş Erməni Tsorsor monastırını dağıtmadılar və ya suyun altında qoymadılar. Əksinə, onu daha yüksəkliyə qaldırdılar ki, monastır qorunub saxlanılsın və xristian tikilisi kimi fəaliyyət göstərməyə davam etsin".
Qeyd edək ki, yayılan fotolarda kilsələrin əvvəllər quruda olması əks olunub. Su anbarında suyun artmasından sonra isə kilsə suyun altında qalıb.
Müəllif: Tural
Mənbə: publika.az