ABŞ diplomatı bu ölkədə ölü tapıldı – Qətl ehtimalı araşdırılır

ABŞ diplomatı bu ölkədə ölü tapıldı –

ABŞ-ın Myanmadakı səfirliyinin əməkdaşı ölkənin ən böyük şəhəri Yanqonda ölü tapılıb.

Bu barədə “Associated Press” (AP) mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, diplomatın cəsədi iki həftə əvvəl Yanqon otelində tapılıb. ABŞ Dövlət Departamenti səfirlik işçisinin ölümünü AP-yə təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.

Agentliyin məlumatına görə, diplomatın ölümündə iştirak etməkdə şübhəli bilinən Tailand vətəndaşı saxlanılıb. Yerli hüquq-mühafizə orqanları qətl ehtimalını araşdırır.

Müəllif: Tural

Mənbə: publika.az