İmtahan verən 10 nəfərdə mobil telefon aşkarlandı

İmtahan verən 10 nəfərdə mobil telefon aşkarlandı

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.

DİM-dən bildirilib ki, ilkin məlumatlara əsasən, 10 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.

Bundan əlavə, 1 nəzarətçi-müəllimdə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır.

Mənbə: publika.az