Amerikanın “Ford” avtokonserni 420 minə yaxın yolsuzluq avtomobilini (SUV) geri çağırır.
Bu barədə xarici mediaya istinadən xəbər verilir.
Söhbət 2018–2022-ci illərdə istehsal olunmuş təxminən 420.000 “Expedition” və “Navigator” SUV modelindən gedir.
Kütləvi geriçağırılmaya səbəb avtomobillərin təhlükəsizlik kəmərinin ön gərginləşdiricilərində (pretensioner) nöqsanın aşkarlanmasıdır. Belə ki, həmin nöqsan ucbatından qəza vaxtı kəmər tam effektiv olmaya bilər.
Mənbə: az.trend.az