Badamdarda 100 kvadratmetr ərazi yandı

Badamdarda 100 kvadratmetr ərazi yandı

Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.

Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Mənbə: publika.az