Keşlədəki yanğın söndürüldü - Fotolar - Yenilənib

Keşlədəki yanğın söndürüldü -

Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın iki anbarda baş verib. Anbarlardan birində dərmanlar saxlanılırmış.

Fotolar: Xəyal Vəlizadə









Mənbə: qafqazinfo.az