Əmrə tabe olmayan sərhəd pozucusuna silah tətbiq edilib

Əmrə tabe olmayan sərhəd pozucusuna silah tətbiq edilib

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı silah tətbiq olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) may ayı üzrə statistik məlumatında bildirilib.

Qeyd olunub ki, yaralı sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: qafqazinfo.az