Məşhur türkiyəli aktyor Onur Tunanın narkotik testinin nəticəsi müsbət çıxıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan aktyorda test nəticəsində marixuananın təsiredici maddəsi aşkarlanıb.
Məlumata görə, Onur Tuna ilə yanaşı, “TikTok” fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların da test nəticələri müsbət çıxıb.
Müəllif: Roza
Mənbə: publika.az