Təhsil eksperti Elşən Qafarov yalnız bakalavr təhsili olan şəxslərin müəllim işləməməsini, pedaqoji fəaliyyət üçün magistr təhsilinin vacib olmasını təklif edib.
Təkliflə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Elçin Əfəndi artıq dünyanın bir çox ölkəsində bu təcrübənin tətbiq olunmağa başlanıldığını bildirib:
"Pedaqoji ixtisas istiqaməti üzrə yalnız bakalavr təhsili kifayət etmir, magistratura təhsili tələbi də qoyulur. Məsələn, həmişə model kimi göstərdiyimiz Sinqapurda, Finlandiyada və bir çox Avropa ölkəsində, ümumiyyətlə, əksər ölkələrdə pedaqoji fəaliyyət üçün magistratura təhsili tələb olunur. Dünən də məhz bu mövzuda Elşən müəllimlə müzakirə zamanı, müəllimlər üçün müəyyən edilən standartlar müzakirə edilərkən belə bir fikir səsləndirildi. Düşünürəm ki, bu istiqamətdə qərar qəbul olunacaq, amma hazırda deyil, müəyyən müddət sonra". ShopByBro
Mənbə: www.bakupost.az