Noyabrın 20-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa ediləcək.
Bizim.Media xəbər verir ki, ilk reysin noyabrın 20-də Bakıdan Balakənə, əks istiqamətdə isə noyabrın 21-də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sel nəticəsində zədələnmiş Qax–Zaqatala dəmir yolu xəttində təmir-bərpa işləri artıq tam başa çatdırılıb.
Marşrut üzrə hərəkət cədvəli və bilet qiymətləri ilə bağlı əlavə məlumat hələ açıqlanmayıb.

Mənbə: bizim.media