Dietoloq Rayan Geyger baldır əzələlərində yaranan ağrılı qıcolmaları aradan qaldırmağa kömək edə biləcək qeyri-adi üsul açıqlayıb.
Mütəxəssis bu barədə “Woman’s World” nəşrinə danışıb.
Geygerin sözlərinə görə, ayaq əzələlərindəki qıcolmaları dayandırmaq üçün xiyar turşusu (və ya şorabalardan) istifadə etmək olar. Onun fikrincə, bu təsir şorabada olan sirkə ilə bağlı ola bilər.
“Bəziləri bunun tərkibindəki natriumun təmin etdiyi elektrolitlərlə əlaqəli olduğunu düşünür. Lakin onlar orqanizm tərəfindən mənimsənilənədək qıcolma, çox güman ki, artıq keçmiş olur. Ola bilsin ki, şorabanın təsirinin sirri sirkə turşusundadır”, - deyə dietoloq bildirib.
Dietoloq Harvard Tibb Məktəbinin araşdırmalarına da istinad edib. Həmin araşdırmalara əsasən, yatmazdan əvvəl cəmi 15 millilitr şoraba suyu qəbul etmək gecə qıcolmaları 46 faiz azalda bilər.
Mütəxəssis əlavə edib ki, sarı xardal da oxşar təsir göstərə bilər. Başqa bir araşdırmanın nəticələrinə görə, onun tərkibindəki sirkə turşusu əzələ spazmlarının dayanmasına kömək edə bilər.
Müəllif: Adəm
Mənbə: publika.az