Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? – RƏSMİ AÇIQLAMA

Xaricdə distant və ya qiyabi təhsil alanların diplomu Azərbaycanda tanınacaq? –

“Gələcəkdə distant və qiyabi təhsillə bağlı qanunvericiliyə dəyişiklik istisna edilmir”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov "ASAN Radio"da bildirib.

Onun sözlərinə görə, Türkiyə ali təhsil müəssisələrindən məzun olanların 4-4,5 faizinin diplomlarının tanınmasına imtina verilir.

"Açıqöyrətim və distant təhsil Azərbaycan qanunvericiliyində təsbit edilmədiyi üçün qiyabi və ya distant təhsil almaq diplomun tanınmasına birbaşa imtina səbəbidir".

Gələcəkdə qanunvericilikdə belə bir dəyişiklik edilə bilərmi sualına isə o, "Gələcəkdə belə bir dəyişiklik edilə bilər, istisna etmirik" cavabını verib.

Mənbə: bizim.media