“Mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb”.
Bu barədə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Qarabağ Universitetində idman müəllimi işlədiyi iddia olunan Faiq Məmmədovun dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumatlar yayılıb.
Mənbə: bizim.media