Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Sentyabrın 24-də paytaxtın Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev küçələri, Hüseyn Cavid prospekti, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nin ərazisində bir sıra 6 kV-luq ikidövrəli hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri zamanı saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsində Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bəzi ərazilərində enerjinin verilişi müvəqqəti məhdudlaşacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Mənbə: qafqazinfo.az