Mingəçevirdə həkimlər telefon işığı ilə quyuya düşən fəhləni xilas etdilər

Mingəçevirdə həkimlər telefon işığı ilə quyuya düşən fəhləni xilas etdilər

Mingəçevir Su Anbarında iş zamanı iki fəhlə quyuya düşüb.

Fəhlələrdən biri quyuya endirilən nərdivanın qırılması nəticəsində quyuya düşərək başından xəsarət alıb.

Hadisə yerinə çatan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimi Xalid Pirverdiyev və tibb bacısı Əsli Ramazanova öz həyatlarını riskə ataraq telefon işığı ilə quyuda xəsarət alan fəhlənin həyatını xilas ediblər.

Mənbə: qafqazinfo.az