Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə: qafqazinfo.az