Rusiyanın axtarışa verdiyi azərbaycanlı Türkiyədə saxlanılıb.
Muğla Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbələrinin əməkdaşları axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib.
Əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarından biridir. Onun barəsində Türkiyədə tətbiq olunan G-26 məhdudiyyət (Türkiyəyə girişə qadağa və ya ölkədən deportasiya olunmalı şəxs) kodu olduğu da bildirilir.
Hazırda onun ətrafında araşdırmalar davam etdirilir.
Mənbə: bizim.media