“İran nüvə enerjisini inkişaf etdirmək niyyətindədir”

“İran nüvə enerjisini inkişaf etdirmək niyyətindədir”

İran hesab edir ki, dinc məqsədli nüvə texnologiyaları məhdud sayda ölkəyə məxsus ola bilməz və nüvə enerjisini inkişaf etdirmək niyyətindədir.

Bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

BMT Baş Assambleyasında çıxış edən İran lideri qeyd edib ki, Tehran nüvə silahı yaratmır.

“Biz açıq şəkildə bəyan etmişik: nüvə silahı yoxdur və dinc məqsədli nüvə texnologiyalarına heç bir məhdudiyyət qoyulmur”, - deyə o bildirib.

Mənbə: qafqazinfo.az