Azərbaycanda iş icazəsi, müvəqqəti və daimi yaşamaq icazəsi almaq istəyən əcnəbilərin sayı açıqlanıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məlumata görə, cari ilin müvafiq dövrü ərzində əcnəbilərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7.336 müraciət daxil olub.
"2026-cı ilin 8 ayı ərzində müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 53.104, daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 3.584 müraciət daxil olub".
Mənbə: bizim.media