Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb

Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə açıqlanacaq.


Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Mənbə: bizim.media