“3 adamdan ikisi oxuduğu mətni başa düşmür”

“3 adamdan ikisi oxuduğu mətni başa düşmür”

“Oxu savadlılığı ilə bağlı PISA nəticələrində Bakı şəhəri 56-cı yerdədir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, tədqiqat bizim oxuda geridə qaldığımızı göstərir: “Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni, 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.

Nazir həmçinin vurğulayıb ki, təbiət elmləri, oxu savadlılığı və riyaziyyat üzrə qızların nəticələri oğlanları ötüb.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az